Azərbaycanda bələdiyyə seçkiləri baş tutub

Azərbaycanda bələdiyyə seçkiləri baş tutub
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK sədri ilkin nəticələrə görə, 4813 məntəqənin hamısında seçki baş tutduğunu deyib. ölkə üzrə ümumilikdə 1 462 074 nəfər, yəni seçicilərin 31,86 faizi səsvermə prosesində iştirak edib. M.Pənahov deyib ki, səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri izləyib. O, beynəlxalq təşkilatların nümayəndələrinin 100-dən artıq məntəqədə müşahidə apardıqlarını da bildirib. Onun sözlərinə görə, MSK-ya gün ərzində heç bir şikayət xarakterli rəsmi müraciət daxil olmayıb. M.Pənahov bildirib ki, səsvermənin nəticələrinə ciddi təsir edəcək pozuntular, məlumatlar daxil olmayıb.