Prezident İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Argentinanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Argentina Respublikasının xarici işlər naziri Hektor Timermanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd edilib, ikitərəfli əlaqələrin enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu bildirilib.