Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı firkir mübadiləsi aparılıb.