Prezident İlham Əliyev Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvlərini qəbul edib. Pol Uil bildirib ki, ölkəmizə səfərin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərə dair martın 18-də keçiriləcək ümumxalq referendumunu yaxından müşahidə etməkdən ibarətdir. Görüşdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.