Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.