Xaçmazda avtomobilin vurduğu süpürgəçi qadın ölüb

Xaçmazda avtomobilin vurduğu süpürgəçi qadın ölüb

Xaçmaz şəhərində süpürgəçi qadını avtomobil vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "VAZ 21011" markalı nəqliyyat vasitəsi Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.

Z.Əliyeva Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır. Faktla bağlı araşdırmalar davam etdirilir.