AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

Yanvarın 8-də Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Assosiasiyanın baş katibi Elxan Məmmədov yetərsayın olduğunu və konfransın qərar qəbul etmək səlahiyyətinə malik olduğunu bildirib.
AFFA-nın hüquq şöbəsinin rəhbəri Günay Zamanlı gündəlikdə yer alan “AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər” barədə ətraflı məlumat verib.
Qurumun İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov məsələ ilə bağlı təkliflərini səsləndirib.
Sonra məsələ səsə qoyulub və AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi yekdilliklə qəbul olunub. Növbədənkənar konfrans başa çatdıqdan sonra AFFA İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib E.Məmmədov və AFFA-nın hüquq şöbəsinin rəhbəri G.Zamanlının iştirakı ilə mətbuat konfransı keçirilib.