Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.
İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına gələcək.
Klub prezidentinin xüsusi məsləhətçisi Erdal Cömert xəbəri təsdiqləyib: "Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".