DÇ-2030: Ukrayna namizədliyini geri götürüb

DÇ-2030: Ukrayna namizədliyini geri götürüb

Ukrayna 2030-cu il dünya çempionatına ev sahibliyi etməyəcək.

Yerli futbol assosiasiyası ötən ilin sonlarında İspaniya və Portuqaliya ilə birgə mundialı qəbul etmək üçün FIFA-ya müraciət ünvanlasa da, sonradan namizədliyini geri götürüb.

Ukraynanı Mərakeşin əvəz edəcəyi gözlənilir. Ölkə kralı VI Məhəmməd "Onefootball" nəşrinə açıqlamasında bildirib ki, bu, Afrika və Avropa xalqlarını birləşdirəcək görünməmiş təklifdir.