“Neftçi” ikinci transferini açıqlayıb

“Neftçi” ikinci transferini açıqlayıb

“Neftçi” Futbol Klubu ikinci transferini açıqlayıb.

“Yeni Azərbaycan” xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan yığmasının da formasını geyinmiş Eddi İsrafilovun keçidini rəsmiləşdirib. İsrafilov “ağ-qaralar”ın heyətində 14 nömrəli formanı geyinəcək. İmzalanan müqavilənin detalları açıqlanmayıb. İsrafilov iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb.
Qeyd edək ki, “Neftçi” bundan öncə milli komandamızın üzvü Azər Salahlını transfer etmişdi.