Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir

Dünən yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, 4 gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.

“Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.

Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.