ARDNF-in 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək

ARDNF-in 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.
Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində ən münasib təklif vermiş PraysvoterhausKupers Audit Azərbaycan şirkəti müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-in 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.