"Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində gələcək hədəflərə Bakı-Gəncə qatarının Ağstafayadək uzadılması, Şahdağa və Qəbələyə yeni dəmir yolunun çəkilməsi, Balakən istiqamətində dəmir yolunun yenidən qurulması, dəmir yolunda elektrikləşdirmə işlərinin aparılması, iki yeni deponun istifadəyə verilməsinin daxil olduğunu deyib.