Azərbaycandan tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib.

APA xəbər verir ki, bu gün 5 vaqon buğda Ermənistana yola salınıb.

Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir.