Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyi yaradılacaq

Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyi yaradılacaq

Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

Nazir bildirib ki, ticarət nümayəndəliyi ixracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, ölkələrimizin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması və regionda birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əsas vasitəyə çevriləcək.