Bitkoinin qiyməti 90 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti 90 min dollardan aşağı düşüb

Bitkoin kriptovalyutasının qiyməti 89 min 700 dollar olub.

AZƏRTAC “Binance” platformasının məlumatlarına istinadla xəbər verir ki, bitkoinin qiyməti 2025-ci il aprel ayından bəri bu səviyyəyə ilk dəfə enərək 5,96 faiz ucuzlaşıb.

Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü bir nəfər və ya müəlliflər qrupu tərəfindən dərc edilib.