Naxçıvan Muxtar Respublikasında 2026-cı il 1 iyul tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 23 min 630 təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 6,4 faiz artaraq 662 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 20,9 faiz artıb və 7364 təşkil edib.