Türkiyə hökuməti Azərbaycanla qaz Sazişini təsdiq edib

Türkiyə hökuməti Azərbaycanla qaz Sazişini təsdiq edib

Türkiyə hökuməti Azərbaycanla qaz sahəsində əməkdaşlığa dair Sazişi təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənəd cümə günü, aprelin 18-də Türkiyə hökumətinin rəsmi qəzetində - “Resmi Gazete”də dərc olunub.

Azərbaycan ilə Türkiyə arasında qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.