Yeganə
Fərqli gözəllikləri və qoxuları olan çiçəklər mənaları ilə də önəm daşıyırlar. Hər çiçəyin fərqli mənaları var. Hətta eyni adlı çiçəklər də rəngləri fərqli olduğu üçün fərqli mənalar daşıyır. Hər bir çiçəyin mənası onun hansı məqsədlə hədiyyə edildiyini izah edir.
Ağ qızılgül – günahsızlıq
Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən evlilik təklifi edəcək kişilər ağ qızılgül seçirlər.
Qırmızı qızılgül – sevgi
Qırmızı qızılgül sevgini ifadə edir. Sevgilərini etiraf etməyə çalışan kişilər adətən ilk növbədə qırmızı qızılgüldən istifadə edirlər.
Çəhrayı qızılgül – könlüm sənindir
Qızların qəlbini fəth etməyə çalışan kişilərin köməyinə qaçan güllər arasındadır. Zərifliyi və gözəlliyi ilə göz oxşayır.
Sarı qızılgül- sevgi
İstilik və sevgini təmsil edir.
Ağ qərənfil — təmizlik, saflıq
Saflığı və təmizliyi ifadə edir.
Qırmızı qərənfil – sevgi
Qırmızı qərənfil sevgini təmsil edir.
Çəhrayı qərənfil — səmimiyyət
Çəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif və sevimli olur.
Qırmızı lalə — səni sevirəm
Qırmızı lalə də sevginin rəngidir.
Çobanyastığı — təmiz ürək
Çobanyastığı baharı gətirən bir çiçəkdir. Görünüşü ilə xoş təsir bağışlayan füsunkar və sevimli çiçəklər sırasındadır.