Park Bulvar AVM-də Oktay Kaynarca ilə görüş olacaq

Park Bulvar AVM-də Oktay Kaynarca ilə görüş olacaq

Noyabrın 29-da Park Bulvar AVM-də məşhur türk aktyoru, "Çakır" obrazı ilə azərbaycanlı tamaşaçıların da sevimlisinə çevrilən Oktay Kaynarcanın imza günü olacaq. Bu barədə Park Bulvar-ın PR meneceri Günay Malikqızı məlumat verib. 
Qeyd edək ki, Kiğılı markasının siması olan Oktay Kaynarca noyabrın 29-da Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən Kiğılı mağazasının açılışında iştirak edəcək. Oktay Kaynarca elə həmin gün saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində sevənləri ilə görüşəcək. 
Oktay Kaynarcanı sevən hər kəs dəvətlidir.