Dağlıq Qarabağ probleminin həlli yolları Moskvada müzakirə edilib

Dağlıq Qarabağ probleminin həlli yolları Moskvada müzakirə edilib
Moskvada Rusiya  xarici işlər nazirinin müavini G.Karasin və RF Təhlükəsizlik Şurası katibinin müavini Y.Zubakov Avropa İttifaqı (Aİ) Şurası Baş Katibliyinin siyasi şöbəsinin  direktoru H.Şmid ilə görüşüblər. RF XİN-in İnformasiya və Mətbuat Departamentindən bildiriblər ki, tərəflər Moldovadakı vəziyyəti, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin həlli yollarını müzakirə ediblər. Aİ-nin Beynəlxalq missiyasının başçısı H.Talyavininin avqustda Qafqazda baş vermiş münaqişənin səbəblərini araşdıran məruzəsi nöqteyi-nəzərindən Cənubi Qafqazdakı vəziyyətlə bağlı  fikir mübadiləsi aparılıb.