“Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə hər hansı xarici radio və televiziya yayımına imkan vermir: “Ona görə də, bu məsələni bitmiş hesab edirəm”. MTRŞ sədri radiolarla bağlı aparılan monitorinqin nəticələrini yaxın vaxtlarda açıqlayacaqlarını deyib. Şura sədri, həmçinin son günlər televiziyaların fəaliyyəti ilə bağlı səsləndirilən narazılıqların müsbət nəticə verməyə başladığını qeyd edib.