Ramil Həsənov: TÖPA katibliyinin ofisinin yeri məlumdur

Ramil Həsənov: TÖPA katibliyinin ofisinin yeri məlumdur
Türkdilli ölkələrin Parlament Assambleyasının Katibliyi Bakıda yerləşəcək, artıq qurumun ofisinin yeri də məlumdur. Bunu APA-ya açıqlamasında TöPA-nın dünən Bakıda keçirilən birinci plenar iclasında qurumun Baş katibi seçilən Ramil Həsənov bildirib. R.Həsənov deyib ki, baş katiblik yaxın zamanlarda fəaliyyətə başlayacaq. Baş katib müavinlərinin də Bakıda fəaliyyət göstərəcəklərini qeyd edib. R.Həsənov qurumun baş katibi seçilməsini  ona göstərilən yüksək etimad kimi dəyərləndirib.