Bu sözləri Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festivalın iştirakçısı, Moskva Dövlət Konservatoriyasının professoru Violetta Yunusova deyib.
“Mən 1979-cu ildən muğamla məşğul oluram, bu sahə üzrə doktorluq dissertasiyasını müdafiə etmişəm. Məşhur Azərbaycan musiqiçiləri ilə tanışlığım var. Onlarla tez-tez görüşlərim olur. Azərbaycan musiqisinin tarixini bilməklə yanaşı, həm də bu xalqın sənət incilərinə hörmətlə yanaşıram”.
V.Yunusova deyib ki, bu gün Rusiyada çin, ərəb, fars musiqisinə də böyük maraq var.