Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov referendumda iştirak edib. APA-nın xəbərinə görə, O.Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində xanımı ilə birlikdə səs verib. O, yurnalistlərə açıqlama vermədən məntəqədən ayrılıb. Eyni məntəqədə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev də səs verib. Bu məntəqədə seçicilərin fəallığı müşahidə olunub.