XİN Azərbaycan bayrağına hörmətsizliklə bağlı Türkiyəyə rəsmi etiraz bildirib

XİN Azərbaycan bayrağına hörmətsizliklə bağlı Türkiyəyə rəsmi etiraz bildirib
Xarici İşlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri Xarici İşlər Nazirliyinə dəvət edib. SİA-nın məlumatına görə, görüş zamanı oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilmiş Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.