Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Sumqayıtda müşavirə keçirib. Müşavirə partiyanın bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyənləşdirdiyi plana uyğun olaraq reallaşdırılıb. Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və perspektiv məsələlər müzakirə edilib.
Qeyd edək ki, YAP Qadınlar Şurası Azərbaycanın bütün regionlarında müşavirələr keçirəcək. Həmin tədbirlərdə seçkilərlə bağlı qadınlar şuralarının fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.