Bakıda müntəzəm marşrut avtobusları ilə sərnişindaşımada rekord göstərici qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, cari ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 milyon 921 min 482 sərnişin daşınıb.
İlin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 milyon 227 min 196 nəfər təşkil edib.
Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında 15 faizdən çox, yanvar-sentyabr aylarında isə 7 faiz artım deməkdir.