Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Məclisinin 67-ci sessiyasının prezidenti, Serbiyanın sabiq xarici işlər naziri, Beynəlxalq münasibətlər və davamlı inkişaf mərkəzinin prezidenti və “Horizons” jurnalının baş redaktoru Vuk Yeremiç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.