20 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib

20 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib

20 minə yaxın soydaşımız Ukraynanı tərk edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 4 minə yaxın soydaşımız məhz Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib. “Buna yaratdığı şəraitə görə Polşa tərəfinə təşəkkürümüzü bildiririk”, - deyə nazir bildirib.