Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.