Azərbaycanın səfiri etimadnaməsini Tunis Prezidentinə təqdim edib

Azərbaycanın səfiri etimadnaməsini Tunis Prezidentinə təqdim edib

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan səfirinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında, eyni zamanda, Tunis Respublikasındakı səfiri Tural Rzayevin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Tunis Prezidentinə çatdıran səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Diplomat Azərbaycan tərəfinin Tunis Prezidentinin noyabr ayında Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirakını səbirsizliklə gözlədiyini vurğulayıb.