Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.

DİN xəbər verir ki, polisə müraciət edən ev sahibəsi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.