ABŞ dövlət katibi Entoni Blinken Rusiyadakı vəziyyətlə bağlı ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada olduğunu bildirib.
Bu barədə ABŞ dövlət katibi "Twitter" hesabında bildirib.
"Rusiyada davam edən vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirləri və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ilə danışdım. Vəziyyət inkişaf etməyə davam etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada olacaq", - o deyib.
ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsinin Ukrayna üçün dəstəyi dəyişməyəcək.