Dövlət Neft Fondu dollar satışını artırıb

Dövlət Neft Fondu dollar satışını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 623,4 milyon dollar məbləğində vəsait satılıb.

Fond xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ilin aprel ayında Dövlət Neft Fondu tərəfindən 286 milyon dollar məbləğində vəsait satılıb.