DSMF-nin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır

DSMF-nin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır. 

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. 

Qanun layihəsinə əsasən, Fondun gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ 6 milyard 706 milyon 580 min manat məbləğində müəyyənləşdirilir. 

Qeyd edək ki, büdcədə bu rəqəm 6 milyard 681 milyon 580 min manat təşkil edirdi.