Son dövrlərdə havaların dəyişməsi, eyni zamanda aprel-may aylarında havaların normadan artıq isti keçməsi iqlim dəyişiklərindən xəbər verir. Qeyd edək ki, bu problem bütün dünyanı ciddi şəkildə narahat edir. Dünya ölkələrində müzakirə olunan hu problem ölkəmizdən də yan keçməyib.
"Havanın orta illik temperaturunda 1,5 d - 1.8 dərəcə arasında dəyişiklik var və artıq bu problem bütün dünyanı maraqlandırır". Bu fikirləri ekoloq Sadiq Həsənov "Yeni Azərbaycan" - a açıqlamasında bildirib. Onun sözlərinə görə sənayenin və avtomabil nəqliyyatının inkşafı, istehsalat prosesinin avtomatlaşdırılması nəticəsində atmosferdə karbon dioksidin, metan qazının və azot oksidlərinin həcmi kəskin şəkildə artıb
"Bu, hər il keçrilən iclaslarda müzakirə olunur. Artıq bununla bağlı adaptasiya proqramları həyata keçirilməlidir. Çünki insanlar qəflətən sellərə məruz qalırlar. Belə hallarda əkin sahələrinin bar verən vaxtında doluların düşməsi ilə müşahidə olunur. Yəni bu qədər böyük problemlərlə gələcəkdə də üzləşə bilərik".
S. Həsənov onu da qeyd edib ki, bununla bağlı bir çox ölkələr öz üzərində öhtəlik götürüblər və görülən tədbirlər atmosferə atılan qazlarının azaldılması üçün əhəmiyyətli olacaqdır.
Havar Şəfiyeva