Bu gün Eldar Namazovun ad günüdür – 65 yaşı tamam olur.
Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir.
1981-1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. Fəlsəfə Elmləri Doktorudur.
1985-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır.
1991-1993 -cü illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri olmuşdur.
1993 -1999 – cu illərdə Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi olmuşdur.
2001-ci ildən "Azərbaycan Naminə" İctimai Forumunun prezidentidir. Mərkəz tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.
2 ABŞ şəhərinin fəxri vətəndaşı, 1 ABŞ şəhərinin fəxri meridir. Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı üçün - Məmmədəliyev Qızıl Medalına layiq görülüb.
Azərbaycan, Rus, İngilis və Türk dillərini bilir.
Evlidir, bir oğlu var.
“Yeni Azərbaycan” qəzeti Eldar Namazovu yubiley münasibətilə səmimi qəlbdən təbrik edir!