Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
“news.am”-ın xəbərinə görə, görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.