Mebel sexində baş vermiş yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib

Mebel sexində baş vermiş yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.