Mərkəzi Seçki Komissiyasının prezident seçkiləri ilə bağlı yekun iclası keçirilir

Mərkəzi Seçki Komissiyasının prezident seçkiləri ilə bağlı yekun iclası keçirilir

Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir. 

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.