Neftin qiyməti yenə bahalaşıb

Neftin qiyməti yenə bahalaşıb

Neft qiymətləri son həftə ərzində ən yüksək səviyyəyə qalxdıqdan sonra cümə axşamı günü mülayim artım nümayiş etdirir. yeniazerbaycan.com-un Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Londonun “ICE Futures” birjasında cümə axşamı “Brent” markalı fevral fyuçerslərinin qiyməti bir barel üçün 75,50 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 0,21 dollar (0,28%) bahadır.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda fevral ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti bu vaxta qədər bir barel üçün 72,96 dollar təşkil edir, müqavilə əvvəlki sessiyanın yekun dəyəri ilə müqayisədə 0,20 dollar (0,27%) artıb.