Dünyanın bir çox ölkələrində ödənişli yollardan istifadə olunur.
Azərbaycanda ödənişli yollardan istifadəsi Bakı-Quba-Rusiya avtomobil yolu ilə başlanılıb. Ekspertlərin sözlərinə görə ödənişli yolların özünə məxsusluğu bu yollar üçün sərf olunan vəsaitin geri qaytarılmasıdır. Yəni bununla da yol infrakstrukturuna xərclənmiş vəsait yenidən yığılmış olur.
Yol-nəqliyyat üzrə ekspert Aslan Əsədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, adətən belə yollar dağlıq, reylefi çətin olan ərazilərdə və yaxud çayların üzərindən keçən yollarda tətbiq olunur: "Bu təkcə bizim ölkədə yox, eyni zamanda Yaponiya, Rusiya və digər Avropa ölkələrində tətbiq edilir. Təəssüf ki, insanlar bəzən belə yolların mövcudluğunu birmənalı qarşılamırlar. Bütün yolların ödənişsiz olması da dövlət üçün sərfəli deyil. Ödənişli yolların olması digər yolların çəkilməsində lazım olan vəsaitin yığılması deməkdir. Yəni bir yoldan əldə olunan gəlir, digər yolların çəkilməsinə sərf olunur".
Havar Şəfiyeva