Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə gələcək heyətin tərkibini təsdiqləyib.
Secki-2024.az saytı xəbər verir ki, bununla bağlı Qazaxıstan MSK yanvarın 23-də “Qazaxıstan Respublikasından olan müşahidəçilərin siyahısının təsdiq edilməsi haqqında” Qərar qəbul edib. Qərara əsasən, Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 19 müşahidəçi izləyəcək.