Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub

Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 

Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.