Yay aylarında insanların üzləşdiyi təhlükələrdən biri də qida zəhərləmələridir. Qidaları nə qədər soyuq şəraitdə saxlasaq da, bir müddətdən sonra onların qəbulu orqanizm üçün müəyyən təhlükələrə yol açır.
“Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
"Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, yay aylarında əsasən yüksək risk qrupuna daxil olan qidalardan ehtiyatlı olmaq lazımdır. Onun sözlərinə görə bu qidalara balıqlar, göbələklər, konservlər, mövsümi torpaqla təmasda olan meyvələr və s aiddir: "Hər il xüsusi cihaz vasitəsilə qarpız, yemiş və s meyvələri tərkibindəki maddələri ölçürük. Məsələn qarpızı alanda daha çox kiçik ölçülü və qabığı nazik olanlara üstünlük vermək lazımdır. Belə qarpızlar al qırmızı rəngdə, içərisindəki zoğlar isə nazik olur".
Qeyd edək ki, eyni zamanda hazırlanan yeməklərin düzgün saxlanmaması da zəhərlənmələrə səbəb olur. Hətta elə yeməklər var ki, onları uzun müddət soyuq şəraitdə saxlansa belə zəhərlənmələrə səbəb olacag.
Mütəxəssis açıqlamasında bildirir ki, xüsusi ev şəraitində hazırlanan şorabalardan da ehtiyatlı olmaq lazımdır: "Azad İstehlakçılar Birliyi 20 ildən çoxdur mübarizə aparır ki, ölkəmizdə ev şəraitində şoraba hazırlanmasın, lakin bir nəticə əldə edə bilmədik. Buna görə bu ilin may ayından Azərbaycan Respublikasının Prezident yanında Dövlət Dəstəyi Agentliyindən qrant aldıq və müsabiqədən keçdik. Ağdam, Füzuli, Ağcabədi rayonlarında təhlükəsiz şəkildə şorabaların hazırlanmasına nəzarət olunacaq və həmin şorabalar bazara çıxarılacaq".
Havar Şəfiyeva