Naftalan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: milli dövlətçilik, siyasi sabitlik və möhtəşəm Zəfərdən tərəqqiyə gedən yol” mövzusunda tədbir keçirilib.Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, ŞİH-nin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Yeni Azərbaycan Partiyasının ölkəmizin dövlətçilik tarixindəki müstəsna rolunu vurğulayıb. İcra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da müstəqil, suveren Azərbaycanın yeni-yeni qələbələr, uğurlar qazanacağını ifadə edib.
Tədbirdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov Yeni Azərbaycan Partiyasının 34 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib.
Çıxış edən digər natiqlər Naftalan şəhər “S.Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi” ərazi partiya təşkilatının sədri Adilə Bağırova, Naftalan şəhər Mərkəzi Kitabxananın müdiri, partiya könüllüsü Nərmin Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin tərəqqisindəki xidmətlərindən bəhs ediblər.
Tədbirdə partiyanın və şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim olunub. Eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri verilib.
Sonda xatirə şəkli çəkilib.