Tovuzda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olanların sayı artır

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Bəhruzər Rüstəmov bildirib ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP-a rayonda maraq çox güclüdür. Cari ilin ötən dövründə 363 nəfər partiyanın sıralarına qəbul olub. öz ürəklərinin hökmü ilə partiya sıralarına gələnlərin böyük əksəriyyəti gənclər və qadınlardır. Hazırda YAP Tovuz rayon təşkilatı öz sıralarında 5.800 nəfərdən çox üzvü birləşdirir.