YAP-ın Səbail rayon təşkilatı üçün yeni qərargah tikilir

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı üçün yeni qərargahın tikintisinə başlanılıb. APA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib.
A.Əsgərovun sözlərinə görə, yeni qərargah teleqüllənin yaxınlığında tikilir. 3 mərtəbəli olacaq yeni qərargahda ayrı-ayrı otaqlar, iclas zalı, kompüter otağı nəzərdə tutulub, həmçinin binanın bütün texniki təchizatı həyata keçiriləcək.