YAP Qazax rayon təşkilatı namizədlərini müəyyənləşdirir
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılır. 106 saylı Tovuz-Qazax-Ağstafa və 107 saylı Qazax seçki dairələri üzrə rayonda 17 bələdiyyəyə 165 üzv seçiləcək. YAP Qazax rayon təşkilatı həmin yerlərə namizədlərini müəyyənləşdirir. Namizədlərin 30 faizi qadın, 30 faizi isə gənclər olacaq.